


Kayrat Sarıbay: Turizmin inkişafı gənclərin və icmaların iştirakı olmadan mümkün deyil
Bakı, 23 iyun, AZƏRTAC
Turizmin inkişafında təbliğat, kommunikasiya və etimad mühüm rol oynayır. Media, sosial şəbəkələr və rəqəmsal platformalar yaşıl turizm məkanlarının təşviqinə, mədəni irsin tanıdılmasına və yerli icmaların dəstəklənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Dövlət Turizm Agentliyi və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
"Eyni zamanda, turizmin inkişafı aktiv icmalar və xüsusilə gənclərin iştirakı olmadan mümkün deyil. Dayanıqlı turizm yalnız infrastruktur və siyasətlə deyil, insanların iştirakı ilə formalaşır", - deyə o qeyd edib.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub