


AQEM-in Baş katibi: Hazırda qlobal turizm sektoru ciddi dəyişikliklər mərhələsindən keçir
Bakı, 23 iyun, AZƏRTAC
Hazırda qlobal turizm sektoru ciddi dəyişikliklər mərhələsindən keçir.
AZƏRTAC xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Dövlət Turizm Agentliyi və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişiklikləri, ekoloji problemlər, rəqəmsallaşma, səyahət vərdişlərinin dəyişməsi, artan rəqabət və məsuliyyətli turizmə tələbat ənənəvi inkişaf modellərini yenidən formalaşdırır. Belə şəraitdə turizm artıq yalnız iqtisadi fəaliyyət deyil, dayanıqlı inkişafın, mədəni yaxınlaşmanın, icma inkişafının və ekoloji məsuliyyətin strateji alətinə çevrilir.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub