


Fuad Nağıyev: Azərbaycanın zəngin təbii və mədəni irsi ölkəmizi regionda xüsusi turizm məkanına çevirir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən indiyədək turizmin dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atılıb. Təbiət əsaslı turizm marşrutlarının inkişafı, ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması bu yanaşmanın əsas istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O, Azərbaycanın zəngin təbii və mədəni irsinin ölkəmizi regionda xüsusi turizm məkanına çevirdiyini deyib: "Bizim əsas məqsədimiz yalnız bu resursları təqdim etmək deyil, onları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransı ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfənin mühüm göstəricisi oldu".
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub