


AQTA-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini Nərgiz Şükürova insan hüquqlarının qorunmasının əhəmiyyətindən danışıb.
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Araz Abdullasoy isə ölkədə insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edərək, qida təhlükəsizliyinin fundamental insan hüquqlarından biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir.
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub