


FHN-in Bakı Regional Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan tədbir təşkil edilib
Bakı, 12 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 1993-cü il iyunun 15-i ərəfəsində ölkəmizdə cərəyan edən hadisələr barədə ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verib və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, dövlət müstəqilliyimizi qoruyub və möhkəmləndirib.
Bildirilib ki, məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub