×
A
A
A
Sazlamalar

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

Vaşinqton, 10 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranın ABŞ helikopterini vurmasına cavabının çox güclü, qətiyyətli olduğunu bildirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, ABC-yə müsahibəsində deyib.
“Düşünürəm ki, cavab vermək çox vacibdir. Onlar bir helikopteri vurublar və biz dediyimiz kimi cavab veririk. Bu, onların dünən gecə helikopterimizə etdiklərinə cavabdır və inanıram ki, cavab çox güclüdür və bu belə olmalıdır", - deyə Tramp əlavə edib.

 

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-06-10 03:10:00