


ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir
Qahirə, 10 iyun, AZƏRTAC
İranın Bəndər Abbas, Qəşm, Sirik bölgələrində partlayışlar baş verib. Hava hücumundan müdafiə sistemləri işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İran televiziyası məlumat verib.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində patrul xidməti aparan “Apache” helikopterlərindən birinin iranlılar tərəfindən vurulduğunu bildirərək İrana qarşı zərbələr endirməyə başlandığını elan edib.
İran televiziyasının məlumatına görə, ölkənin hərbi qüvvələri yaxın dəqiqələrdə ABŞ-nin bu hücumlarına cavab verəcək.
Eyni zamanda, İran xarici işlər nazirinin müavini dünən “əl-Cəzirə”yə verdiyi açıqlamada İranın ötən gecə Hörmüz boğazı üzərində qəzaya uğrayan ABŞ-nin “Apache” helikopterinin hədəfə alınmasının arxasında dayandığını təkzib edib.
İran rəsmisi bildirib ki, Hörmüz boğazındakı gərgin vəziyyət səbəbindən bu cür hadisələrin qeyri-ixtiyari şəkildə baş verməsi ehtimalı var. Rəsmi, həmçinin vurğulayıb ki, İran tərəfindən ABŞ helikopterinin Hörmüz boğazı üzərində qəsdən hədəfə alınması baş verməyib.
Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir
ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir
NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir
Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib
Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir