


Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
Bakı, 9 iyun, AZƏRTAC
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San-Marino yığması ilə qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunan görüş yığmanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəhman Daşdəmirov və Renat Dadaşov vurublar.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.
Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
Dioqo Balau “Turan Tovuz”a keçib
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib