


Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
Bakı, 9 iyun, AZƏRTAC
Dağıstanın Kızılyurt rayonunda magistral qaz kəmərində güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Bavtuqay və Gelbax kəndləri arasında yerləşən Mozdok–Qazıməmməd magistral qaz kəmərində baş verən partlayışdan sonra 15 metr hündürlüyündə yanğın yaranıb. Hadisə nəticəsində 100-dən çox sakin təxliyə edilib.
İlkin məlumata əsasən, diametri 1200 millimetr olan qaz kəmərində üç partlayış qeydə alınıb. Ölən və yaralanan yoxdur.
Qəzanın aradan qaldırılması üçün əraziyə 25 nəfər şəxsi heyət və yeddi texnika cəlb olunub. Qaz kəmərinin bir neçə on kilometrlik hissəsində nəql müvəqqəti dayandırılıb.
Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib
Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir
“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib