


Salyanda yol qəzası olub, xəsarət alanlar var
Salyan, 9 iyun, AZƏRTAC
Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. İsmayıl Füzuli oğlu Məmmədovun idarə etdiyi “VAZ” markalı avtomobil və Qədir Rəfail oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan hər iki sürücü və sərnişin Etibar Rabil oğlu Sultanov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
Salyanda yol qəzası olub, xəsarət alanlar var
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir