


Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib
Vaşinqton, 9 iyun, AZƏRTAC
Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus hücum helikopterinin ekipajını pilotsuz qayıq xilas edib.
AZƏRTAC-ın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, pilotsuz qayıq iki pilotu tapıb və suda təxminən iki saat qaldıqdan sonra sahilə çıxarıb.
“Apache” helikopterinin qəzaya uğramasının səbəbi açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir
“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir