×
A
A
A
Sazlamalar

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Bakı, 9 iyun, AZƏRTAC

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Sav” stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi İspartadakı ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.

İdman 2026-06-09 19:57:00