×
A
A
A
Sazlamalar

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Şəki, 9 iyun, AZƏRTAC

2025-2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 6841 nəfər, IX siniflərini 8076 nəfər, XI siniflərini 6167 nəfər şagird bitirir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 86 min 434 şagird təhsil alıb. Məktəblərdə, ümumilikdə 10 min 395 müəllim fəaliyyət göstərib. Tədris ilində Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumtəhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.

Müxbir – Mustafa Dadaşov

Regionlar 2026-06-09 19:32:00