


Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Suriya Ərəb Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının Suriyadan repatriasiyası məsələlərini də müzakirə ediblər.
Suriya tərəfi yeni qurulan konsulluq xidmətlərinin gələcək inkişafı üçün Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb