×
A
A
A
Sazlamalar

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı, 5 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Cəmiyyət 2026-06-05 18:14:00