


® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib
Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı Namiq Novruzov cari il iyunun 5–7-də Bakı şəhərində keçirilən III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresi və Endoforum 2026-nın “Endoskopik və Laparoskopik Cərrahiyyə Kursu” çərçivəsində “Laparoskopik xoledox eksplorasiyası” mövzusunda məruzə ilə çıxış edib.
Namiq Novruzovun çıxışı konqres və “Endoskopik və Laparoskopik Cərrahiyyə Kursu” iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş elmi-praktik müzakirələr aparılıb.
Qeyd edək ki, türkdilli ölkələrin aparıcı tibb mütəxəssislərini, alimlərini və səhiyyə təşkilatlarının nümayəndələrini bir araya gətirən konqres minimal invaziv və robotik cərrahiyyə, endoskopik müalicə üsulları, müasir diaqnostika və innovativ tibbi texnologiyalar sahəsində son nailiyyətlərin müzakirəsinə həsr olunub.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb