


Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
Şəki, 5 iyun, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IV siniflərində təhsil alan 7489 şagird monitorinqə cəlb edilib. Monitorinq 39 mərkəzdə təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil edilib. Şagirdlərə hər fənn üzrə 30 sual olmaqla, ümumilikdə, 60 sual təqdim olunub. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.
Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Müxbir – Mustafa Dadaşov
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib