


Süni intellekt texnologiyaları xaricdə təhsil almaq istəyən tələbələr üçün hansı yeni imkanlar yarada bilər?
Bakı, 5 iyun, AZƏRTAC
Süni intellektdən istifadə olunması milli iqtisadiyyatlar üçün olduğu kimi, sosial dayanıqlılıq və bu sahələr üzrə davamlı islahatlar üçün həssaslıq tələb edir və bu zaman olduqca yüksək məqsədyönlülüyə ciddi ehtiyac var.
Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, süni intellekt texnologiyalarının inkişafı qarşıdakı illər ərzində xaricdə təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar yaradacaq.
“İlk növbədə, süni intellektəsaslı platformalar tələbələrin uyğun universitet və ixtisas seçimlərini daha dəqiq müəyyən etməyə kömək edəcək. Bu texnologiyalar tələbənin akademik göstəricilərini, maraqlarını və bacarıqlarını analiz edərək ona ən uyğun təhsil proqramlarını tövsiyə edə biləcək. Bununla yanaşı, qəbul prosesində sənədlərin hazırlanması, motivasiya məktublarının yazılması və xarici dil hazırlığı kimi məsələlərdə də süni intellektdən geniş istifadə olunacaqdır”, - deyə kafedra müdiri vurğulayıb.
C.Qasımov qeyd edib ki, digər mühüm imkan isə distant və fərdiləşdirilmiş təhsilin inkişafı ilə bağlıdır: “Süni intellekt vasitəsilə tələbələr dünyanın nüfuzlu universitetlərinin dərslərinə onlayn şəkildə qoşula, fərdi tədris proqramları əldə edə və real vaxt rejimində tərcümə xidmətlərindən yararlana biləcəklər. Bu isə dil baryerini azaltmaqla daha çox gəncin beynəlxalq təhsil imkanlarından istifadə etməsinə şərait yaradacaqdır. Eyni zamanda, virtual laboratoriyalar və simulyasiya proqramları tələbələrin praktiki biliklərini artıraraq onların beynəlxalq əmək bazarına daha hazırlıqlı çıxmasına kömək edəcək”.
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir