


İsraildən olan tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər
Bakı, 5 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyində İsrailin Soroka Universiteti Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin direktoru Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib. Həmçinin “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin ölkəmizdə uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan-İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq və kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir.
Səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edərək təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Öz növbəsində, Mikki Gideon və Elana Cantor göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, Azərbaycan ilə İsrail arasında səhiyyə əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində səylərini davam etdirəcəklərini vurğulayıblar.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb