


Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR
Naxçıvan, 5 iyun, AZƏRTAC
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üçün monitorinq keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvanda monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 4300-dən artıq şagird iştirak edir.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.
Müxbir- Nail Əsgərov
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib