


Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO
Astara, 4 iyun, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.
Həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Müxbir- İlkin Adıyev
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib