


“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Kim dedi ki, səadətə inanma” şeirinə yazılan yeni mahnı üzərində işə təxminən altı ay əvvəl başlanılmışdı.
Bunu AZƏRTAC-a açıqlamasında mahnının bəstəkarı Gülsüm Eldarova deyib.
O qeyd edib ki, şeiri oxuduqdan on dəqiqə sonra mahnının musiqisini bəstələyib. “Şeir mənə dərin təsir bağışlayıb. Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb”, - deyə bəstəkar əlavə edib.
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil olunub
Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub
Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub
Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub