


Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib
Moskva, 4 iyun, AZƏRTAC
Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır və mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yenidən bərpasını zəruri hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF-2026) çərçivəsində keçirilən brifinqdə bildirib.
“Moskva ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır. Bu, hər iki xalqın maraqlarına uyğundur. Yaranmış fasilədən sonra mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yaxın vaxtlarda yenidən bərpasını zəruri hesab edirik”, – deyə Rusiya XİN nümayəndəsi bildirib.
Mariya Zaxarovanın sözlərinə görə, bir sıra təşəbbüslər mövcuddur və onlar ən yüksək səviyyədə müzakirə olunub.