×
A
A
A
Sazlamalar

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin Nəqliyyat və logistika şöbəsində ixtisas fənlərinin tədrisi üçün müəllim tələb olunur.
Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.
Namizədlər ixtisasın profilinə uyğun magistr təhsilinə malik olmalıdır. Həmçinin “Microsoft Word”, “Excel”, “PowerPoint”, “Microsoft Teams” və digər ofis proqramları da daxil olmaqla informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlara sahib olmalıdırlar.
Maraqlanan şəxslər əlavə məlumat almaq və müraciət etmək üçün 012 520 93 77 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

 

Elm və təhsil 2026-06-04 17:36:00