


Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar
Bakı, 4 iyun, AZƏRTAC
Paytaxt məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika yarışlarının Bakı şəhər zona birinciliyində qalib olublar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, zona birinciliyində 220 nömrəli məktəb-lisey I, 38 nömrəli tam orta ümumtəhsil məktəbi II, 98 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.
Komandalar birincilikdə “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” mərhələləri üzrə yarışıblar.
Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika yarışlarının məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir