


BDU tələbələrinin çöl-tədris təcrübələri başlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) çöl-tədris təcrübələri başlanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq iyunun 3-dən Quba rayonunda çöl-tədris təcrübəsi keçirlər. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, rayonun əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaqlar.
Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə iyun ayının 3-dən Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir