


BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Günəş aktivliyi yüksək olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kütlə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.
İyunun 4-də saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı iyunun 5-i saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.
İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsiretmə ehtimalı var.
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir