


Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır
Bakı, 4 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkəcək.
"Tipos Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Serbiyanı məğlub edərək finala vəsiqə qazanıb.
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir