


Kamran Həbibov: Ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Bakı, 3 iyun, AZƏRTAC
Bu gün ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyası İdarə Heyətinin sədri Kamran Həbibov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.
O bildirib ki, son illərdə dünyada baş verən geosiyasi və iqtisadi dəyişikliklər göstərir ki, etibarlı, təhlükəsiz və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə artır.
“Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz beynəlxalq yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu platforma yeni tərəfdaşlıq qurmaq, təcrübə mübadiləsi aparmaq üçün böyük imkanlar yaradır. Düşünürəm ki, bu gün qurulan əlaqələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq”, - deyə K.Həbibov qeyd edib.
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır