


N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 26 may 2026-cı il