×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893 (Cild I); 2024, № 3, maddə 328, № 5 (II kitab), maddə 612; 2025, № 5, maddə 507, № 8, maddə 805) ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.3. səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri, liman adətləri, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər, o cümlədən Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq dəniz nəqliyyatı sahəsində göstərilən xidmətlərə görə haqqın məbləğləri, habelə tarif və xidmət haqları üzrə ödənişlərin həyata keçirilməməsinin hüquqi nəticələri barədə məlumatlandırmaq;”.
2. Aşağıdakı məzmunda 4.1.3-1-ci yarımbənd əlavə edilsin:
“4.1.3-1. gəmilərin limana gəlməsi, limanda olması və limandan çıxması barədə məlumatları Agentliyə elektron qaydada təqdim etmək;”.
3. 4.1.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.12. səlahiyyətli şəxsin adından maliyyə tapşırıqları üzrə ödənişləri (o cümlədən, bu Əsasnamənin 4.1.3-cü yarımbəndində qeyd olunmuş tarif və xidmət haqları üzrə ödənişləri) icra etmək və bununla bağlı sənədləri səlahiyyətli şəxsə təqdim etmək;”.
4. 4.1.15-ci yarımbəndə “Agentliyə” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 21 ” “ may ” 2026-cı il

№ 155

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 367 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-05-21 18:08:00