


Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bakı, 20 may, AZƏRTAC
Böyük Britaniyanın Nyuport şəhərində keçirilən “Ümumdünya Baş Aşpazlar Cəmiyyətləri Assosiasiyasının Konqresi və Beynəlxalq Sərgisi” (Worldchefs Congress & Expo) çərçivəsində Azərbaycanın qastroturizm imkanları təqdim edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycanın qastroturizm potensialı və inkişaf perspektivləri, qeyri-maddi mədəni irs kimi milli qastronomiyanın təbliği və qorunması, bu istiqamətdə restoran sənayesinin rolu haqqında təqdimat edilib.
1928-ci ildən etibarən hər iki ildən bir keçirilən və “Worldchefs” tərəfindən təşkil edilən tədbirin məqsədi dünya üzrə aşpazları və müxtəlif sahələrdən olan innovatorları bir araya gətirərək qastronomiya sənayesini araşdırmaq, qastronomiya sənayesi nümayəndələri və mütəxəssislərinin peşəkar əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə imkan yaratmaqdır.
Dünya üzrə 100-dən çox aşpaz assosiasiyasını birləşdirən “Worldchefs” qlobal şəbəkəsində ölkəmizi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) təmsil edir.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub