


Sahibə Qafarova: Slovakiya parlamenti ilə imzalanan memorandum əməkdaşlığı genişləndirəcək VİDEO
Bakı, 13 may, AZƏRTAC
Bu gün nümayəndə heyətlərinin görüşü zamanı parlamentlərimiz arasında əlaqələri ətraflı şəkildə müzakirə etdik. Daha öncə qeyd etdiyim kimi, bu əlaqələrin daha da inkişaf etdirilməsinə dair Rixard Raşi ilə eyni mövqedəyik. Bu gün iki parlament arasında əməkdaşlığa dair imzaladığımız Anlaşma Memorandumu da bunun nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sənəd ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Belə ki, sənəd dostluq qruplarının, müvafiq komitələrin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin, parlament aparatlarının əməkdaşlığı ilə bağlı bir sıra mühüm istiqamətləri əhatə edir.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib