×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 301 (Cild I); 2024, № 6 (II kitab), maddə 741) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissə üzrə:
1.1. birinci abzasdan ikinci və üçüncü cümlələr çıxarılsın;
1.2. ikinci abzas həmin hissənin birinci abzasının ikinci cümləsi hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləği torpağın bazar dəyərinin Bakı şəhəri üzrə 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə 2 faizinə bu Əsasnamənin 8 nömrəli əlavəsində göstərilən əmsallar vurulmaqla müəyyən edilir.”;
1.3. üçüncü abzas ləğv edilsin.
2. Əsasnaməyə aşağıdakı məzmunda 8 nömrəli əlavə - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar əlavə edilsin:

 

8 nömrəli əlavə

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar

  

Torpaq sahəsinin ölçüsü

Əmsal

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla)

1,0

5001–10000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001 kvadratmetrdən yuxarı hissə (5001 kvadratmetr daxil olmaqla) - 0,8

10001–50000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001 kvadratmetrdən yuxarı hissə (10001 kvadratmetr daxil olmaqla) - 0,7

50001 kvadratmetrdən yuxarı (50001 kvadratmetr daxil olmaqla)

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001–50000 kvadratmetr - 0,7

50001 kvadratmetrdən yuxarı hissə (50001 kvadratmetr daxil olmaqla) - 0,5

  

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 8 ” “ may ” 2026-cı il
№ 138



“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 367 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-05-08 13:22:00