


Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası XIV Leoya Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. “Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib