


Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Ölkəmizdə ispan dilinə artan maraq, bu sahədə təşkil olunan proqramlarda vətəndaşlarımızın iştirakı məmnunluqla qeyd olunub.
Azərbaycanın COP29-a ev sahibliyi, bir sıra beynəlxalq platformalarda sədrliyi, regionda liderliyi təqdir olunub.
Tərəflər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Hər iki ölkənin minalardan əziyyət çəkdiyi diqqətə alınaraq, minasızlaşdırma sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria rəhbərlik edib.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib