


Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minib VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, bununla sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 2026-cı il aprelin 29-da qüvvəyə minir.
Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərti ilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib