


Səfir: Azərbaycan ilə Niderland arasında Orta Dəhliz istiqamətində əməkdaşlıq inkişaf edir
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan ilə Niderland arasında Orta Dəhliz istiqamətində əməkdaşlıq davamlı olaraq inkişaf edir. Hər iki ölkənin Avropaya quru və dəniz vasitəsilə çıxışı təmin edən strateji mövqedə yerləşməsi səbəbindən bir-birindən öyrənəcəkləri çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq jurnalistlərlə görüşündə deyib.
Səfir vurğulayıb ki, Avropanın ən böyük limanı olan Rotterdam limanı qlobal ticarətin əsas mərkəzlərindən biri kimi Azərbaycanla əməkdaşlığı davam etdirir, o cümlədən Bakı limanının inkişafında təcrübəsini bölüşür.
“Su üzərində qurulan Niderland əsrlər boyu su idarəçiliyi sahəsində zəngin təcrübəyə malikdir. Ötən həftə Beynəlxalq Sosial Araşdırmalar İnstitutunun nümayəndə heyəti Bakıya səfər edərək bu sahədə əməkdaşlığı müzakirə edib. İyun ayında isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmilərini Niderlandda qəbul etməyi planlaşdırırıq”, - deyə Krallığın səfiri bildirib.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib