×
A
A
A
Sazlamalar

Rusiyanın Voronej sakinlərinə Azərbaycana səyahət etmək təklif olunur

Moskva, 14 aprel, AZƏRTAC

“Vremya Voroneja” internet nəşri qiymətlərin və keyfiyyətin optimal seçimi ilə xarici istirahət məkanlarının icmalını təqdim edib.
AZƏRTAC xəbər verir ki, nəşrdə turistlərin əhəmiyyətli xərc çəkmədən yüksəksəviyyəli xidmət gözləyə biləcəyi ölkələr araşdırılır və Azərbaycan ən perspektivli istiqamətlərdən biri kimi vurğulanır.
Bakı inkişaf etmiş infrastrukturu, tarixi irsi və baxımlı şəhər məkanlarını özündə birləşdirən müasir turizm mərkəzi hesab olunur. Burada şəhərin xidmət sektorunun fəal şəkildə inkişaf etdiyi, otellərdə, restoranlarda və nəqliyyat sistemində xidmət səviyyəsinin beynəlxalq standartlara cavab verdiyi diqqətə çatdırılır. Bundan əlavə, ortasəviyyəli otellər və mənzillər də daxil olmaqla, yaşayış qiymətləri bir sıra ənənəvi kurortlarla müqayisədə rəqabətədavamlı olaraq qalır.
Məqalədə, həmçinin qeyd olunur ki, Azərbaycandakı tətillər əsasən şəhər xarakterlidir və Xəzər dənizinin sahil ərazilərini ziyarət etmək imkanı var.
Müəlliflərin fikrincə, Türkiyə, Vyetnam və Gürcüstan da əlverişli istiqamətlər kimi qeyd olunur ki, bu ölkələr turistlərə müxtəlif tətil seçimləri və cəlbedici qiymətlər təklif edir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2026-04-14 14:48:00