


ADAU-da 31 Mart soyqırımı ilə bağlı məruzələr dinlənilib
Gəncə, 31 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin müxtəlif mərhələlərdə kütləvi qətliamlar və hərbi əməliyyatlarla müşayiət olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan xalqına qarşı törədilən bu cinayətlərə Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı bu faciənin ildönümünü böyük hüznlə anır.
Daha sonra İctimai fənlər kafedrasının əməkdaşları tərəfindən mövzu ətrafında məruzələr dinlənilib. Dosent Sevda Abdullayeva “Cənubi Qafqazda XX əsrin əvvəllərində erməni separatizmi: səbəb və nəticələri”, baş müəllim Səbinə Əlizadə “31 Mart soyqırımı bəşər tarixinin ən qanlı faciələrindəndir”, baş müəllim Türkan Əhmədova isə “İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda çıxış ediblər. Məruzələrdə, həmçinin bu tarixi həqiqətlərin gənc nəslə və beynəlxalq ictimaiyyətə ardıcıl şəkildə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda ADAU-EGE ikili diplom proqramının I kurs tələbəsi Aliyə İsmayılova və Aqrotexnologiya fakültəsinin I kurs tələbəsi Leyla Tağıyeva mövzu ilə bağlı şeirlər səsləndiriblər.
Müxbir - Elcan Məmmədov
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO