


Gürcüstan portalında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan məqalə dərc edilib
Tbilisi, 31 mart, AZƏRTAC
Gürcüstanın tv12.ge portalında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü... Unudulmaz faciə, silinməz xatirə” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşəbbüsü ilə dərc edilən məqalədə 31 Mart soyqırımının səbəbləri və acı nəticələri barədə geniş məlumat verilib.
Məqalədə bu hadisələr zamanı on minlərlə azərbaycanlının həlak olduğu, minlərlə insanın yurd-yuvasından deportasiya edildiyi, məscidlərin, məktəblərin və digər mədəni irs obyektlərinin dağıdıldığı qeyd edilib.
Bildirilib ki, yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanla bu dəhşətli hadisələrə siyasi qiymət verilib və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Vurğulanıb ki, Azərbaycan xalqı bu faciənin qurbanlarını heç vaxt unutmayacaq və onların xatirəsini həmişə ehtiramla yad edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Misir mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib
Tarixçi: 1918-ci ildə törədilən hadisələrin obyektiv araşdırılması mühüm elmi və mənəvi vəzifədir
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb