


Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!
Ankara, 31 mart, AZƏRTAC
Martın 31-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan soyqırımı qurbanlarının xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımında 1918-ci ilin faciəli hadisələrinin bəşər tarixində “qara ləkə” olduğu qeyd edilib.
“Minlərlə günahsız Azərbaycan türkü erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Biz qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!” - deyə Türkiyə Milli Müdafiə Nazirliyi vurğulayıb.
Misir mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib
Tarixçi: 1918-ci ildə törədilən hadisələrin obyektiv araşdırılması mühüm elmi və mənəvi vəzifədir
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb