


Əziz Şiriyev: Mart-may ayları turizm üçün dirçəliş hesab olunur
Bakı, 2 mart, AZƏRTAC
Yaz turizmi ilə bağlı əsas məsələlərdən biri qarşıdan gələn bayramlardır. 8 Mart – Beynəlxalq Qadınlar Günü, Novruz və Ramazan bayramı ərəfəsində ölkədaxili və ölkəxarici qrup turları həyata keçiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
O vurğulayıb ki, mart, aprel, may ayları mövsümə keçid mərhələsi sayılır və bu dönəm turizm üçün dirçəliş hesab olunur.
“Novruz bayramı dövründə vətəndaşlar bölgələrə və xaricə səfər etməyi planlaşdırırlar. Eləcə də xaricdən ölkəmizə gələnlərin sayında ciddi artım müşahidə olunacaq. Buna görə turizm şirkətləri yerli vətəndaşlar üçün ölkədaxili bir, iki və üçgünlük paketlər hazırlayırlar. Bəzi paketlər artıq hazırdır, həmçinin ölkə xaricinə qrup şəklində bir sıra ölkələrə üç gecə dördgünlük və dörd gecə beşgünlük turlar satışa çıxarılmaqdadır”,- deyə Ə.Şiriyev əlavə edib.
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır