


Texas mətbuatı Xocalı soyqırımından yazdı
Bakı, 2 mart, AZƏRTAC
ABŞ-nin Texas Dövlət Xəbərləri saytında (texasstatenews.net) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) rəhbəri Samir Novruzovun müəllifi olduğu məqalədə Xocalı qətliamından geniş bəhs edilib.
Yazıda Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülki şəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyaları kimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb. Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yolu ilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşı zorakılıqlara zəmin yaratdığı qeyd olunub.
Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalı həqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınların təkrarlanmasının qarşısını almaq mümkün olar.
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa