Sumqayıt şəhərindən nümayəndə heyəti Avstriyanın Lints şəhərindədir
Vyana, 24 iyun, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.
Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə və şəhərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub
BAMF-da vətəndaş cəmiyyəti təşkilatlarının BMT-də rolu barədə təlim keçirilib
Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO
Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib