×
A
A
A
Sazlamalar

Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb

Bakı, 23 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Cəmiyyət 2025-06-23 23:30:00