×
A
A
A
Sazlamalar

İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb

Bakı, 23 iyun, AZƏRTAC

İranın Qətərdəki Amerikanın Əl-Udeid aviabazasına endirdiyi zərbə nəticəsində ABŞ hərbçiləri arasında heç bir itki qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” amerikalı rəsmiyə istinadla məlumat yayıb.
“İranın raket hücumu nəticəsində Qətərdəki Amerika hərbçiləri arasında hər hansı itki qeydə almamışıq”, - məlumatda qeyd edilib.

Dünya 2025-06-23 22:34:00