Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilk Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirib
Naxçıvan, 23 iyun, AZƏRTAC
İyunun 23-də “Duzdağ” Oteldə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ilk Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 200-ə yaxın həmkarlar ittifaqı üzvü iştirak edib.
Görüşdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək son dövrdə görülmüş işlər, təşkil olunmuş tədbirlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şura yay mövsümündə yeni sosial layihəyə start verir. Layihə çərçivəsində ittifaq üzvləri yollayışların yalnız 15 faizini ödəməklə şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində yaddaqalan həftəsonları keçirə biləcəklər.
Qəzənfər Abdullayev bildirib ki, layihənin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması və ictimai həmrəyliyin gücləndirilməsidir.
Görüşdə ilk həmkarlar ittifaqı üzvləri ilə açıq dialoq formatında müzakirələr aparılıb, səsləndirilən suallar şura əməkdaşları tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən vətəndaşların sanatoriya-yollayış imkanlarından istifadəsini asanlaşdırmaq məqsədilə yaradılmış eAHİK elektron rezervasiya sistemi haqqında videoçarxlar nümayiş olunub.
Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO
“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb
Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb