Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib
Astara, 23 iyun, İlkin Adıyev, AZƏRTAC
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib.
Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.
Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO
“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb
Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb