BDU-nun 10 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu
Bakı, 23 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının “Məzun günü” təşkil edilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin 10 tələbəsi – Bahar Ağayeva, Milana Rüstəm, Gülyanaq Sarıyeva, Aydan Xammədli, Aysu Əhmədli, Həqiqə Cəfərova, Gözəl Cabbarova, Günel Yaqubova, Nargül İbrahimli, Zeynəb Bədəlova da “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olanlar arasındadır.
“Məzun günü” 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətləri qeyd etmək məqsədilə keçirilib.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 91 namizəd imtahan verib
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib